go-v.orgdoi

BİOLOGİYA VƏ ONUN TƏDRİSİNDƏ YENİ TƏLİM TEXNOLOGİYALARI

Sədaqət Əhmədova · AEM eBooks · 2020

  • DOI 10.36719/2020
  • Publisher OpenAlex
  • Type book
  • Issued 2020

Not cached yet. This record was fetched live for this request and is stored after the lookup. Reopening the page should serve the cached copy.

AEM eBooks · OpenAlex · book · 2020

Abstract

BİOLOGİYANIN MEYDANA GƏLMƏ TARİXİ.Biologiya (yunanca «bios» -həyat, «loqos» -elm) həyat, onun forma və qanunauyğunluqları haqqında elmdir.Bu termini elmə ilk dəfə 1802-ci ildə fransız alimi J. B. Lamark və alman təbiətşünası Q. R.

Treviranus bir-birindən xəbərsiz daxil etmişlər.Biologiya elmi canlılara məxsus bütün xüsusiyyətləri daşıyan orqanizmləri öyrənir.Biologiya canlı təbiət, nəsli kəsilmiş və hazırda yaşayan canlı varlıqların quruluşunu, funksiyasını, əmələ gəlməsi, yayılması, çoxalması və inkişafını, orqanizmlərlə cansız təbiət arasında mövcud olan qarşılıqlı əlaqəni öyrənir.Bütün canlı orqanizmlər bir-birindən fərdi xüsusiyyətlərinə görə fərqlənir.Lakin onları birləşdirən yeganə xassə həyatdır.Həyat nədir?Bu çox mürəkkəb anlayışdır.Sadə formada həyata belə tərif vermək olar: həyat materiyanın bioloji hərəkət formasıdır.Canlılar cansız təbiət cisimlərindən: su, dağ suxurları, minerallar və göy cisimlərindən əsaslı dərəcədə fərqlənir.Belə ki, canlılar qidalanır, böyüyür, çoxalır, tənəffüs və inkişaf edir, ölür.Biologiya canlı təbiət haqqında kompleks və sistemli bir elmdir.Hal-hazırda Yer üzərində mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsini öyrənir.Biologiya həyata xas olan ümumi və xüsusi qanunauyğunluqları müəyyən edir.Biologiyanın müxtəlif bölmələrinin olmasına baxmayaraq, qanunauyğunluqlar, əsasən, ümumi biologiya tərəfindən tədqiq edilir.Ümumi Biologiya özündə, əsasən, Yer üzərində həyatın əmələ gəlməsi haqqında nəzəriyyəni, Hüceyrə haqqında nəzəriyyəni (Sitologiyanı), molekulyar biologiyanı, insan haqqında nəzəriyyəni, ekologiyanı, genetikanı, biosfer haqqında nəzəriyyəni, təkamül nəzəriyyəsini orqanizmin individual inkişafını öyrənir.Hələ qədim zamanlardan insanların bitkilər və heyvanlar haqqında xeyli məlumatları var idi.Məhz bu məlumatları toplanaraq nəsildən-nəsilə ötürülüb və bu günkü günləriməzə gəlib çıxmışdır.İllər ötdükcə insanlar bitki və heyvanları yeməli, şəfaverici kimi faydalarını dedilər.Bu biliklər inkişaf edərək-biologiyanın yaranmasına səbəb oldu.Bitki və heyvanlardan toplanan bu biliklərdən Zoologiya və botanika elmi yarandı.Zoologiya heyvanat aləmini öyrənən elmdir.Zoologiya yunan sözü olub, zoonheyvan, loqos -elm deməkdir.Geniş mənada isə zoologiya heyvanat aləminin müxtəlifliyini, heyvanların quruluşunu və həyat proseslərini, onların inkişafını, həyat tərzini, yayılmasını, xarici mühitin müxtəlif amillərdən asılılığını, heyvanat aləminin tarixi inkişaf qanunauyğunluqlarını öyrənən elmdir.Heyvanat aləmi təbiətin maraqlı, insanları özünə aludə edən cazibədar bir hissəsidir.İnsanlar onlardan maddi nemətlər istehsal etməklə yanaşı, həm də onlardan mənəvi zövq alırlar.Məhz buna görədir ki, insanlar yarandıqları ilk dövrlərdən heyvanlarla maraqlanmış və onlara sıx bağlanmışlar.Zoologiya qədim elmlərdən biridir.Hələ e. ə.Qədim Misirdə, Çində və Hindistanda heyvanlar haqqında yazıların olması məlum idi.Lakin bu elm IV əsrdə ilk dəfə olaraq Yunanıstanda meydana gəldi.İlk dəfə canlı təbiəti antik həkim və filosoflar öyrənmiş və tədqiq etmişlər.Məhz onların əməyi intibah dövründə davam etdirilərək Botanika, Zoologiya, Anatomiya, Fiziologiya elmlərinin əsası qoyulmuşdur.Romada yaşamış K.

Qalen (131-210) bitki və heyvanat aləminin insanın sağlıamlaşdırıcı xüsusiyyətlkərini ilk dəfə irəli sürmüşdür.İtaliya həkimi Qalen ilk dəfə olaraq insan orqanizminin anatomik-fizioloji təsvirini vermişdir.Lamark onurğasız canlıları öyrənməyə başlayır.Məhz o zoologiya elminə 1796-cı ildə "onurğasızlar" anlayışı gətirir.1815-ci ildən 1822-ci ilədək onun yeddi cildlik "Onurğasızların təbii tarixi" adlı fundamental əsəri nəşr edilir.O orada onurğasızların elmə məlum olan 10 sinfini təsnif edir.Müasir elmdə artıq 30 növ təsnifləndirir.Lamark 1802-ci ildə elmə "biologiya" terminini gətirir.O bunu alman alimi H. R.

Trevinarusla eyni vaxtda, ancaq ondan asılı olmadan təklif edib.Lamark 1809-cu ildə "Zoologiyanın fəlsəfəsi" kitabını dərc etdirir.Alim orada canlı aləmin təkamülünə dair öz nəzəriyyəsini irəli sürür.Lamarkın davamçıları Çarlz Darvinin təbii seçmə nəzəriyyəsinə "daha uyğun gələnin yaşaması" fikrini əlavə edirlər.Çarliz Darvin(1809-1882) həkim ailəsində dünyaya göz açmışdır.Edinburq universitetində tibb təhsilini yarımçıq qoyan Darvin, Kembric universitetində ilahiyyat üzrə təhsilinə davam etmiş, eyni zamanda zoologiya, botanika və geologiya sahəsində dərin biliklər əldə etmişdir.Onun dünyagörüşünün formalaşmasında görkəmli ingilis geoloqu Çarlz Layelin "Geologiyanın əsasları" kitabı mühüm rol oynamışdır.Ç.

Darvin 1831-ci il dekabrın 27-də Biql gəmisində səyahətə çıxmış, bu müddət ərzində Cənubi Amerikanın, Afrikanın cənubunun, Avstraliyanın, Yeni Zellandiyanın, Qalapaqos adalarının və başqa ərazilərin bitki örtüyü, heyvanat aləmini, həmçinin geoloji və təbii quruluşunu öyrənmişdir.O, topladığı materialları sonralar tədqiq etmək üçün öz ölkəsinə-İngiltərəyə göndərirdi.Yaratdığı nəzəriyyə və yazdığı kitablar üçün əsas materialları da məhz 1831-1836-ci illərdə Biql gəmisində dünya səyahətinə çıxdığı dövrdə əldə etmişdi.Səyahətdən qayıtdıqdan sonra topladığı materiallar üzərində işləyərək çıxardığı nəticələr əsasında 1838-ci ilə "təbii seçmə" fikrini yaratsa da, daha öncə buna bənzər fikirlərin şiddətli etirazlarla qarşılaşdığını gördüyü üçün uzun müddət fikirlərini ən yaxın dostlarından başqa heç kəsə bildirmədi.Ola biləcək etirazlara daha yaxşı şəkildə cavab verə bilmək üçün araşdırma aparmağa və dəlillər toplamağa başladı.Nəhayət 1859-cu ildə üzərində 21 il işlədiyi "Növlərin mənşəyi" əsərini çapdan çıxartdı.Darvin bu əsərdə təkamülün hərəkətverici qüvvələri haqqında öz fikirlərini bildirmişdi.O, təkamülün hərəkətverici qüvvələri kimi irsiyyət, dəyişkənlik və təbii seçmə amillərini qeyd etmişdir.Bundan başqa, müxtəlif dövrlərdə "Ev heyvanlarının və mədəni bitkilərin mənşəyi", "İnsanın mənşəyi və cinsi seçmə", "İnsan və heyvanlarda duyğuların ifadə edilməsi" kimi müxtəlif əsərlər yazmış və insanlar tərəfindən maraqla qarşılanmışdı.İlk canlıdan insana doğru gedən inkişaf yolu olduğunu bildirmiş və bunu qısaca "İqlim qurşaqlarının dəyişkənliyə təsiri" adlandırmışdı.Darvin yazdığı əsərlərlə insanlar arasında sürətlə məşhurlaşdı.Özünə müəyyən qədər tərəfdar toplasa da, istər elm adamlarının, istərsə də dindarların içində onun nəzəriyyəsinə qarşı çıxan kifayət qədər insan var idi.Ömrünün sonlarına doğru xəstəliyi üzündən disskusiyalara birbaşa qatıla bilməsə də baş verənləri qəzet və jurnallardan izləyir, məktublaşaraq özünə daha çox tərəfdar toplamağa çalışırdı.Çarlz Darvin 1882-ci il aprel ayının 19-da uzun sürən xəstəlikdən sonra Daunda vəfat etdi.Ölümündən sonra keçən illər ərzində müasirləri tərəfindən onun nəzəriyyəsinə müxtəlif düzəliş və yeniliklər edilmişdir.Canlı təbiətin qanunlarını izah edən Təkamül nəzəriyyəsi elə təbiətin özü kimi hər zaman öz daxilində təkamülə məruz qalmışdır.Darvinin elmə gətirdiyi fikirlər eyni zamanda mikrobiologiya, antropologiya, farmakologiya, genetika və neçə-neçə elm sahələrinin inkişafına təkan vermişdir.İstər yarandığı dövrdə, istərsə də günümüzdə Darvin və yaratdığı Təkamül nəzəriyyəsi bir çox insan tərəfindən, xüsusilə də dindarlar tərəfindən birmənalı qarşılanmayıb və tənqid də edilmişdir.U.

Harvey (1578 -1657) insanda böyük və kiçik qan dövranının olduğunu kəşf etdi.XVII əsrdə Q

Open the resolved locator · 10.36719/2020

Metadata licence: OpenAlex metadata (CC0)